SON XƏBƏRLƏR

Tramp: İran ABŞ-ın bütün tələblərini qəbul edib

2026.07.03, 17:38
Tramp: İran ABŞ-ın bütün tələblərini qəbul edib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp CNBC telekanalına müsahibəsində İranla aparılan danışıqların gedişindən məmnun olduğunu bildirib və deyib: “Fikrimcə, onlar demək olar ki, bütün tələblərimizlə razılaşıblar.”

ABŞ Prezidenti İrana qarşı həyata keçirilən siyasətini müdafiə edərək bildirib ki, son qarşıdurmanın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub. O vurğulayıb: “Onlara nüvə silahına sahib olmağa icazə vermək olmaz.”

Tramp həmçinin bildirib ki, tərəflər arasında əldə olunan anlaşmaya əsasən, İranın neft satışından əldə etdiyi gəlirlər ABŞ-dan ərzaq məhsullarının alınmasına sərf olunacaq. O əlavə edib: “Onların qidaya ehtiyacı var. Qarğıdalıya, buğdaya və soyaya.”

Trampın açıqlamaları Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumunun İranda müxtəlif reaksiyalar doğurduğu və sənədin məzmunu ilə bağlı İran rəsmiləri arasında fikir ayrılıqlarının artdığı bir vaxta təsadüf edir.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar