SON XƏBƏRLƏR

Ərəb körfəzi ölkələrinin neft ixracı artımını davam etdirir

2026.07.03, 19:39
Ərəb körfəzi ölkələrinin neft ixracı artımını davam etdirir

Ərəb körfəzi yenidən dünya bazarının diqqət mərkəzində.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, beynəlxalq gəmiçilik monitorinqi şirkətlərinin açıqladığı məlumatlar göstərir ki, Ərəb körfəzi ölkələrinin neft ixracı iyun ayında əvvəlki ayla müqayisədə gündəlik 3 milyon bareldən çox artaraq 10 milyon bareli ötüb.

Məlumata əsasən, ixrac artımında ən böyük pay Birləşmiş Ərəb Əmirliklərinə məxsus olub. Səudiyyə Ərəbistanı da xam neft ixracını əhəmiyyətli dərəcədə artıraraq qlobal bazarda tədarükün genişlənməsinə töhfə verib. İraq və Küveyt də neft ixracını artıran ölkələr sırasında yer alıb.

Eyni zamanda, İranın neft ixracı da əvvəlki ayla müqayisədə 70 faizdən çox artıb.

Məlumatlarda bildirilir ki, gəmiçilik marşrutlarının yenidən açılması və bölgədə gərginliyin azalması nəticəsində dünya bazarında neft qiymətləri müharibədən əvvəlki səviyyəyə qayıdıb.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar