SON XƏBƏRLƏR

Əli Xameneinin dəfn mərasimində hansı ölkələr iştirak etdi?

2026.07.03, 20:27
Əli Xameneinin dəfn mərasimində hansı ölkələr iştirak etdi?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın keçmiş rəhbəri Əli Xamenei ilə “son vida” və dəfn mərasimi Tehranda bir sıra regional və Asiya ölkələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə başlayıb.

Mərasimin ilk günündə İraq, İraq Kürdüstanı, Tacikistan, Ermənistan, Gürcüstan, Pakistan, Qətər, Oman, Misir, Çin, Talibanın idarə etdiyi Əfqanıstan, Banqladeş və bir sıra Afrika ölkələrinin nümayəndə heyətləri iştirak edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və ölkənin keçmiş prezidenti Dmitri Medvedev də mərasimdə iştirak edən yüksək səviyyəli rəsmilərdən olub.

Mərasimin diqqət çəkən məqamlarından biri Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə Taliban əleyhdarı qüvvələrin liderlərindən olan Əhməd Məsudun eyni vaxtda tədbirdə iştirak etməsi olub.

Eyni zamanda, məlumatlara görə, Əli Xameneinin öldürülməsindən sonra İranın üçüncü rəhbəri elan olunan Müctəba Xamenei atası ilə “son vida” mərasimində iştirak etməyib.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar