SON XƏBƏRLƏR

Yəməndə husilər İrana məxsus təyyarənin Sənaya enişi ilə bağlı Səudiyyə Ərəbistanını hədələyib

2026.07.03, 21:47
Yəməndə husilər İrana məxsus təyyarənin Sənaya enişi ilə bağlı Səudiyyə Ərəbistanını hədələyib

Yəməndə İranın dəstəklədiyi husi hərəkatı bəyan edib ki, qüvvələri Səudiyyə Ərəbistanına məxsus olduğunu iddia etdikləri hərbi təyyarələrin İranın mülki təyyarəsinin Səna Beynəlxalq Hava Limanına enişinə imkan verməmək cəhdinin qarşısını alıb.

Gunaz.tv

Bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Sərianın bəyanatında deyilir.

Sərianın sözlərinə görə, əgər Səudiyyə Ərəbistanı Yəmənin hava məkanını pozmağa davam edərsə, husilər Səudiyyə Ərəbistanının hava limanlarını, eləcə də quruda və dənizdə yerləşən mühüm obyektlərini hədəfə alacaqlar.

O əlavə edib ki, mümkün nəticələrdən asılı olmayaraq, Səna ilə Tehran arasında aviareyslər davam etdiriləcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar