SON XƏBƏRLƏR

Tramp: Xameneinin dəfn mərasiminə görə İrana “bir həftə möhlət verib”

2026.07.04, 10:05
Tramp: Xameneinin dəfn mərasiminə görə İrana “bir həftə möhlət verib”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimlərinin keçirilməsi üçün Tehrana “bir həftə möhlət verib”. O, həmçinin deyib ki, son müharibədən sonra İran ABŞ ilə razılığa gəlməyə can atır.

Gunaz.tv

Tramp ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Cənubi Dakota ştatındakı Maunt Raşmor abidəsində keçirilən tədbirdə çıxışı zamanı bunları deyib:

“Biz İrana çox ağır zərbə vurduq. Onlar razılığa gəlmək üçün can atırlar. Onlar bunu o qədər çox istəyirlər ki... Biz onlara dəfn mərasiminə görə bir həftə möhlət verdik, çünki biz yaxşıyıq.”

Trampın bu açıqlaması İranın vəfat etmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimlərinin Tehranda başlaması fonunda səslənib. Mərasimlərin İran və İraqda davam edəcəyi, Xameneinin isə bu həftənin sonlarında dəfn olunacağı gözlənilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar