SON XƏBƏRLƏR

Xameneinin tabutu önündə ABŞ və İsrailə qarşı intiqam şüarları səsləndirilib

2026.07.04, 10:08
Xameneinin tabutu önündə ABŞ və İsrailə qarşı intiqam şüarları səsləndirilib

Əli Xameneinin dəfn mərasimləri çərçivəsində Tehrandakı İmam Xomeyni Müsəlla kompleksinə toplaşan izdiham birlikdə “İntiqam, intiqam!” şüarları səsləndirib.

Gunaz.tv

İran və İsrail mediasının məlumatına görə, mərasimdə “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları da əsas səsləndirilən şüarlar olub.

Mərasimdən yayılan foto və videogörüntülərdə iştirakçıların çoxunun “qan intiqamı”na çağırış edən plakat və bannerlər daşıdığı görünür. Bəzi plakatlarda isə ABŞ Prezidenti Donald Trampın öldürülməsinə çağırış xarakterli ifadələr yer alıb.

Dəfn mərasimləri şənbə günü Tehranda başlayıb. Bir neçə gün davam edəcək mərasimlərin İranın müxtəlif şəhərlərində və İraqın bir neçə şəhərində keçirilməsi, Əli Xameneinin isə cümə axşamı Məşhəd şəhərində dəfn olunması planlaşdırılır.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar