SON XƏBƏRLƏR

Urmiya gölünün son durumu açıqlandı 

2026.07.04, 10:09
Urmiya gölünün son durumu açıqlandı 

Urmiya gölündəki suyun həcmi təxminən 4 milyard 20 milyon kubmetrə çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 milyard 850 milyon kubmetr, cari su ilinin əvvəli ilə müqayisədə isə təxminən 3 milyard 740 milyon kubmetr artım deməkdir.

Gunaz.tv

Bunu Urmiya Gölünün Bərpası Qərargahının Planlaşdırma və İnteqrasiya Ofisinin direktoru Səid İsapur deyib.

"Son monitorinq nəticələrinə görə, Urmiya gölünün səviyyəsi 1271,05 metrə, su sahəsi təxminən 3080 kvadrat kilometrə çatıb",- o əlavə edib.

Aprel ayından bəri Urmiya gölü hövzəsində orta yağıntı miqdarının təxminən 440 mm-ə çatdığını deyən İsapur, bunun gölün canlanmasında xüsusi rol oynadığını bildirib.

Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmetdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar