SON XƏBƏRLƏR

Deputat: Qalibaf Xameneinin nüvə məsələsini danışıqlardan kənarda saxlamaqla bağlı göstərişlərinə əməl etməyib

2026.07.04, 10:11
Deputat: Qalibaf Xameneinin nüvə məsələsini danışıqlardan kənarda saxlamaqla bağlı göstərişlərinə əməl etməyib

İran parlamentinin deputatı Kamran Qəzənfəri cümə günü Tehranda keçirilən ictimai tədbirdə çıxışı zamanı parlament sədri Məhəmməd Baqir Qalibafın ölkənin ali dini lideri Əli Xameneinin nüvə məsələsinin danışıqlara daxil edilməməsi ilə bağlı üç konkret göstərişinə əməl etmədiyini deyib.

Gunaz.tv

“Ali lider Xamenei Qalibafa nüvə məsələləri ilə bağlı danışıqlara girməməsi üçün üç konkret göstəriş vermişdi”, – deyə Qəzənfəri bildirib.

Onun sözlərinə görə, həmin göstərişlər aprelin 4-də, aprelin 18-də və may ayının əvvəlində verilib.

“Buna baxmayaraq, Qalibaf ali liderin göstərişlərinə əməl etdiyini və ona tabe olduğunu iddia edir. Lakin onun davranışları bu iddialara uyğun gəlmir”, – deyə deputat əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar