SON XƏBƏRLƏR

Biləsəvar sərhəd gömrükündə ticarət dövriyyəsi artıb

2026.07.04, 11:53
Biləsəvar sərhəd gömrükündə ticarət dövriyyəsi artıb

Aprel, may və iyun ayları ərzində Azərbaycan Respublikası ilə İran arasındaı Biləsəvar sərhəd gömrükündən ixrac gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz artıb.

Gunaz.tv

Bunu Biləsuvar Gömrük İdarəsinin baş direktoru Hüseyn Adabi deyib.

Onun sözlərinə görə, Biləsuvar gömrüyü vasitəsilə əsas ixrac bazarları Orta Asiya ölkələri, Azərbaycan, Qafqaz və Rusiya olub:

"Üç ay ərzində gömrükdən ümumi çəkisi 99,000 min ton olan meyvə-tərəvəz və bostan məhsulları, tikinti materialları, avadanlıq və b. malların ixracından əldə edilən gəlir 43 milyon dollar təşkil edib".

Adabi, bu dövrdə idxal həcminin 85.000 ton, dəyərinin isə 870 milyon dollar olduğunu bildirib.

O, bununla yanaşı həmin dövrdə Biləsəvar sərhəd terminalında tranzit malların həcminin 270.000 ton, ümumi dəyərinin isə 350 milyon dollar təşkil etdiyini qeyd edib.

Hüseyn Adabinin dediyinə görə, bu gömrük vasitəsilə İrana idxal edilən əsas məhsullar fabriklər üçün xammal və heyvandarlıq məhsulları olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar