SON XƏBƏRLƏR

London və Paris Hörmüz boğazı üçün hərbi plan hazırlayır

2026.07.04, 15:48
London və Paris Hörmüz boğazı üçün hərbi plan hazırlayır

İran Qərbə xəbərdarlıq etdi; Hörmüzdə hərbi missiya gündəmdədir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Böyük Britaniya və Fransanın Hörmüz boğazında gəmiçiliyin qorunması üçün hərbi missiya yaradılması ilə bağlı birgə bəyanatına reaksiya verərək, bölgədən kənar qüvvələrin bu su yolunda iştirakına qarşı xəbərdarlıq edib.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi şənbə günü, 13 tir (4 iyul), Tehranın mövqeyini təkrarlayaraq İranı “Hörmüz boğazının təhlükəsizliyinin təminatçısı və məsul gücü” adlandırıb və xəbərdarlıq edib: “Bu həssas su yolunda hər hansı hərbi hərəkət” cavabsız qalmayacaq.

O həmçinin iddia edib: “Hörmüzün təhlükəsizliyi sahilyanı dövlətlərin məsuliyyətidir” və əlavə edib: “Böhran yaradanlar öz avantüralarının nəticələrinə görə məsuliyyət daşıyacaqlar; bu, ciddi xəbərdarlıqdır.”

Bu açıqlama Böyük Britaniya və Fransanın Omanla əməkdaşlıq çərçivəsində Hörmüz boğazında gəmiçiliyin azadlığını qorumaq məqsədilə çoxtərəfli hərbi missiyanın həyata keçirilməsini nəzərdən keçirdiklərini bəyan etməsindən sonra səsləndirilib.

Fransa Prezidenti Emmanuel Makron da bildirib ki, "Şarl de Qoll" aviadaşıyıcısı Fransaya qayıdacaq. Bununla yanaşı, minatəmizləmə vasitələri, iki freqat və bir dəniz patrul təyyarəsi bölgədə qalaraq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar