SON XƏBƏRLƏR

Tramp Netanyahu ilə yaxın günlərdə görüşəcəyini təsdiqlədi

2026.07.04, 23:59
Tramp Netanyahu ilə yaxın günlərdə görüşəcəyini təsdiqlədi

Tramp: Yaxın vaxtlarda Netanyahu ilə Ağ Evdə görüşəcəyəm; o, kimin rəhbər olduğunu bilir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşəcəyini təsdiqləyib.

Tramp bildirib ki, Netanyahu bu görüşün keçirilməsi ilə bağlı müraciət edib və görüş onun NATO sammitindən qayıdışından dərhal sonra, hətta gələn həftə baş tuta bilər.

ABŞ Prezidenti İsrailin Baş naziri ilə münasibətlərinə toxunaraq deyib: “Çox yaxşı münasibətlərimiz var. [Netanyahu] kimin rəhbər olduğunu bilir.”

Benyamin Netanyahunun ofisi də cümə günü açıqlayıb ki, İsrailin Baş naziri ABŞ Prezidenti ilə telefon danışığı aparıb. Tərəflər yaxın vaxtlarda ABŞ-da görüş keçirmək barədə razılığa gəliblər.

 


Gunaz TV
R.G

 

Tramp və Netanyahu tezliklə görüşəcək

2026.07.03, 21:36

Tramp və Netanyahu tezliklə görüşəcək

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar