SON XƏBƏRLƏR

Güney Azərbaycanın şəhərləri üçün narıncı hava xəbərdarlığı verildi

2026.07.05, 14:19
Güney Azərbaycanın şəhərləri üçün narıncı hava xəbərdarlığı verildi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, hava temperaturunun müxtəlif bölgələrdə yüksəlməsi ilə əlaqədar İran Meteorologiya Təşkilatı Güney Azərbaycanın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətləri üçün narıncı xəbərdarlıq elan edib.

Qurumun açıqlamasına əsasən, bazar günü Zəncanın şimal hissəsində, Qərbi və Şərqi Azərbaycan əyalətlərində, xüsusilə Çaldıran və Kəleybər bölgələrində leysan yağışı, şimşək çaxması, güclü külək və nisbətən intensiv yağıntı gözlənilir.

Meteorologiya Təşkilatı həmçinin həftənin sonunadək şəhərlərdə güclü külək və toz fırtınasının davam edəcəyini bildirib.

Proqnozlara görə, yay mövsümünün başlanması ilə birgə bir çox bölgədə havanın temperaturu yüksələcək, bəzi ərazilərdə isə 40 dərəcə selsiyə yaxınlaşacaq.

Məlumata görə, Tehranda bazar ertəsi havanın temperaturu 26–39 dərəcə selsi arasında dəyişəcək. Qum şəhərində isə çərşənbə axşamı açıq hava, güclü külək, toz fırtınası və 24–43 dərəcə selsi isti proqnozlaşdırılır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar