SON XƏBƏRLƏR

Livan kəndləri İsrailə birləşmək istədiklərini bildiriblər

2026.07.06, 07:40
Livan kəndləri İsrailə birləşmək istədiklərini bildiriblər

Netanyahudan diqqətçəkən Livan açıqlaması.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü bəyan edib ki, Livanın cənubundakı bəzi xristian kəndləri Hizbullahdan qorunmaq məqsədilə İsrailə birləşdirilmələrini istəyiblər.

Netanyahu Fox News telekanalına müsahibəsində deyib: “Livandakı xristian kəndləri, onlardan bəziləri həqiqətən bizdən İsrailə birləşdirilmələrini istəyiblər. Çünki biz onları Hizbullahdan, onları öldürmək istəyən bu Hizbullah ekstremistlərindən qoruyuruq və biz dünyanın hər yerində xristianları qoruyuruq.”

İran, ABŞ və İsrail arasında müharibə başladıqdan sonra Hizbullah Tehrana dəstək məqsədilə İsraillə qarşıdurmaya qoşulub. Buna cavab olaraq İsrail ordusu Livanın müxtəlif bölgələrinə hava zərbələri endirməklə yanaşı, quru qüvvələrini də ölkənin cənubuna yerləşdirib.

Müharibənin başlanmasından bəri Livanın cənubundakı bir sıra xristian kəndləri artilleriya atəşinə, hava hücumlarına məruz qalıb, infrastruktur dağıdılıb və çoxsaylı sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Döyüşlər zamanı İsrail ordusu telefon vasitəsilə bələdiyyə sədrlərinə və yerli rəsmilərə müraciət edərək əsasən xristianların yaşadığı bir neçə kəndə “naməlum şəxslərin” buraxılmaması barədə xəbərdarlıq edib. İsrail rəsmilərinin bildirdiyinə görə, bununla Hizbullah qüvvələri nəzərdə tutulurdu.

Netanyahu rəsmi tədbirdə çıxışı zamanı bir daha vurğulayıb: “İsrail ordusu İsrailin şimalında yaşayan sakinləri və bütün vətəndaşlarımızı qorumaq üçün lazım olduğu qədər Livanın cənubunda qalacaq.”

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar