SON XƏBƏRLƏR

İranda Xameneinin dəfn mərasimi davam edir

2026.07.06, 08:44
İranda Xameneinin dəfn mərasimi davam edir

Gunaz.tv

Xameneinin dəfni üçüncü günə keçdi. Oğulları göründü, amma Müctəbadan səs-soraq yoxdur; nə görüntüdə var, nə də demək olar ki, ondan hər hansı iz. 

Gunaz TV-nin məlumatına görə, İranın keçmiş lideri Əli Xameneinin cənazəsinin vida mərasiminin üçüncü günü bazar ertəsi səhər saat 06:00-da Tehranda başlayıb. Mərasimin 10–12 saat davam edəcəyi bildirilir.

Paytaxt Tehranda ciddi təhlükəsizlik tədbirləri görülüb. İran hakimiyyəti izdiham səbəbindən insanların həlak olması və ya yaralanması ilə nəticələnə biləcək qarışıqlıqların təkrarlanmamasına çalışır.

İran mediası, o cümlədən İSNA, mərasim iştirakçıları ilə hazırladığı reportajları yayımlayıb. Onların arasında İranın rəsmi geyim qaydalarından fərqli geyinmiş qadınlar da yer alıb.

Bu uç gündə hakimiyyət ölkədə birlik görüntüsü yaratmağa çalışsa da, Məsud Pezeşkian istisna olmaqla, sağ olan keçmiş prezidentlərin heç biri mərasimdə görünməyib.

Dörd aylıq fasilədən sonra Əli Xameneinin oğulları Mustafa, Məsud və Meysəm Xamenei bazar günü keçirilən mərasimdə iştirak ediblər. Lakin İranın yeni lideri kimi təqdim olunan Müctəba Xamenei hələ də ictimaiyyət qarşısına çıxmayıb.

Əgər sağdırsa, onun səhhəti ilə bağlı indiyədək dəqiq məlumat açıqlanmayıb.

SEPAH-ın yeni komandanı Əhməd Vəhidi ikinci dəfə mərasimdə iştirak edib.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani də mərasimə qatılıb.

Rəsmi proqrama əsasən, Tehran mərasimindən sonra çərşənbə axşamı Qumda, çərşənbə günü Nəcəf və Kərbəlada, cümə axşamı isə Əli Xameneinin doğulduğu Məşhəd şəhərində vida mərasimləri keçiriləcək.

 


Gunaz TV
R.G

 

Müctəba Xamenei atasının dəfn mərasimində görünmədi; Xameneinin digər üç oğlu tabutun başında idi

2026.07.05, 14:37

Müctəba Xamenei atasının dəfn mərasimində görünmədi; Xameneinin digər üç oğlu tabutun başında idi

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar