SON XƏBƏRLƏR

İraq Xameneinin vida mərasimi ilə bağlı məhdudiyyətlər tətbiq edəcək

2026.07.06, 10:00
İraq Xameneinin vida mərasimi ilə bağlı məhdudiyyətlər tətbiq edəcək

İraq hakimiyyəti İranın keçmiş rəhbəri Əli Xameneinin dəfn mərasimləri ilə bağlı ölkədə keçiriləcək anım tədbirlərini məhdudlaşdırmaq qərarına gəlib.

Gunaz.tv

Bu barədə "Şəfəq Nyus" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vida mərasimləri iyulun 8-də yalnız şiələr üçün müqəddəs sayılan Ən-Nəcəf və Kərbəla əyalətlərində təşkil olunacaq.

Bildirilir ki, İraq hökuməti Tehranın təzyiqlərinə baxmayaraq, paytaxt Bağdadda kütləvi yürüş və digər anım tədbirlərinin keçirilməsindən imtina edib.

Portalın iddiasına görə, bu addım yeni İraq hökumətinin, xüsusilə baş nazir Məhəmməd Əli Zeydinin Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində daha balanslı xarici siyasət kursu yürütmək niyyətini nümayiş etdirmək məqsədi daşıyır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar