SON XƏBƏRLƏR

Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var

2026.07.06, 13:13
Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var

İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) yerli əməkdaşları Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində əməliyyat keçirib.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, Zahidan, Çabahar, Təftan, İranşəhr və Xaş şəhərlərində keçirilən əməliyyat zamanı 2 bəluc öldürülüb, 10 nəfər isə həbs edilib.

Rəsmi məlumatlarda həmin şəxslərin silahlı qruplaşma üzvü olduqları bildirilib.

Öldürülən və saxlanılan şəxslərdən külli miqdarda silah-sursat aşkarlanaraq götürülüb.

Onların hansı silahlı qruplaşmaya mənsub olduqları açıqlanmayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar