SON XƏBƏRLƏR

İranda sünni uşaqların təhsili çətinləşdirilir

2026.07.07, 10:19
İranda sünni uşaqların təhsili çətinləşdirilir

İranda sünni məzhəbli müsəlmanlara qarşı ayrı-seçkilik kimi dəyərləndiriləcək daha bir məhdudiyyət tətbiq edilib.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, əyalətin Kənqan şəhərində məktəblərin bir neçəsi sünni məzhəbli ailələrin uşaqlarını təhsil üçün qeydiyyata almaqdan imtina ediblər.

Məktəb rəhbərliyi bunu onların şiə olmamaları ilə bağlı olduğunu deyib.

Məsələ ilə bağlı açıqlama verən Kənqan şəhərinin Təhsil İdarəsinin başçısı Nəsrullah Böhrani bunu həmin məktblərin müdiriyyətinin "səliqəsizliyi" adlandırıb və məsələnin həll olunub-olunmayacağı barədə qəti fikir bildirməyib.

Qeyd edək ki, rəsmi statistikaya görə İran əhalisinin 8-10 faizini sünni məzhəblilər təşkil edir. Sünni din xadimləri isə bunun 15-20 faiz arasında olduğunu bildirirlər.

İran rəhbərliyində, Nazirlər Kabinetində və başqa dövlət vəzifələrində heç bir sünni təmsil olunmur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar