SON XƏBƏRLƏR

Əraqçi danışıqların davamı üçün şərt irəli sürdü

2026.07.07, 19:30
Əraqçi danışıqların davamı üçün şərt irəli sürdü

Əraqçi: Təhdidlər davam edərsə, danışıqlar bərpa olunmayacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, təhdidlər davam edəcəyi təqdirdə yekun razılaşma ilə bağlı danışıqlar bərpa olunmayacaq.

Əraqçi çərşənbə axşamı X sosial şəbəkəsində paylaşdığı mesajda yazıb ki, nə İran xalqı, nə də İranın silahlı qüvvələri “heç bir təhdidin təsiri altına düşməyəcək.”

O əlavə edib: “Yekun razılaşma ilə bağlı danışıqlar, təhdidlər davam edəcəyi təqdirdə başlanmayacaq.”

İranın xarici işlər naziri, həmçinin bildirib ki, ötən ayın ortalarında Donald Tramp və Məsud Pezeşkian arasında bir memorandum imzalanıb və həmin sənədə əsasən tərəflər “bir-birinə qarşı təhdid və ya güc tətbiqindən çəkinməyi” öhdələrinə götürüblər.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın bir gün əvvəl Vaşinqtonun ya İranla razılığa gələcəyini, ya da “işi bitirəcəyini” bildirməsindən sonra səsləndirilib.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar