SON XƏBƏRLƏR

Netanyahudan İran dosyesinin gələcəyi ilə bağlı yeni mesaj

2026.07.07, 21:35
Netanyahudan İran dosyesinin gələcəyi ilə bağlı yeni mesaj

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı CNN telekanalına müsahibəsində bildirib ki, İran məsələsində Donald Tramp, ABŞ Prezidenti ilə bəzi fikir ayrılıqları olsa da, tərəflər əsas məsələlərdə eyni mövqeni bölüşürlər.

Netanyahu Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmanın imzalanması ehtimalından sonrakı vəziyyətlə bağlı deyib: “Nə baş verəcəyini söyləmək üçün hələ çox tezdir. Prezident hesab edir ki, İranın nüvə proqramını dayandıra bilər və buna danışıqlar yolu ilə nail olacağına inanır. Mənim bəzi şübhələrim var, amma düşünürəm ki, ona fürsət vermək lazımdır və o, bu məqsədə çatmağa çalışır.”

İsrailin Baş naziri əlavə edib: “Böyük məsələlərdə eyni mövqedəyik, bəzən fikir ayrılıqlarımız olur, amma biz həqiqi müttəfiqlərik.”

Netanyahunun bu açıqlamaları ABŞ ilə İran arasında danışıqların gələcəyi ilə bağlı diplomatik təmasların və ehtimalların davam etdiyi bir vaxtda səsləndirilib.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar