SON XƏBƏRLƏR

ABŞ əməliyyatının yeni detalları açıqladı

2026.07.08, 06:19
ABŞ əməliyyatının yeni detalları açıqladı

CENTCOM 80-dən çox hədəfə endirilən zərbələrlə bağlı bəyanat yayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəşm və Xark adalarında, eləcə də onların ətrafında yeni partlayışlar barədə xəbərlər yayılandan qısa müddət sonra geniş bəyanat yayıb və İranla əlaqəli 80-dən çox hədəfə zərbə endirdiyini açıqlayıb.

CENTCOM bəyanatında bu əməliyyatı “İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə son hücumlarına dərhal cavab” kimi qiymətləndirib.

Bəyanatda bildirilir ki, ABŞ qüvvələri “İranın hava hücumundan müdafiə sistemlərini, komanda və idarəetmə şəbəkələrini, sahil radar məntəqələrini, gəmi əleyhinə raket sistemləri ilə bağlı avadanlıqları, həmçinin Hörmüz boğazında və ya onun yaxınlığında yerləşən SEPAH-a məxsus 60-dan çox kiçik qayığı beynəlxalq ticarət marşrutlarından keçən gəmilərə qarşı hücum imkanlarını azaltmaq məqsədilə məhv ediblər.”

CENTCOM həmçinin vurğulayıb ki, İran atəşkəs razılaşmasının şərtlərinə əməl etməyəcəyi təqdirdə, ABŞ qüvvələri Tehranın cavabdeh tutulması üçün tam döyüş hazırlığı vəziyyətində mövqelərində qalacaqlar.

Bununla yanaşı, İran mediası ölkənin cənubunda, o cümlədən Qəşm və Xark adalarında və onların ətrafında yeni partlayışların baş verdiyini bildirib.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar