SON XƏBƏRLƏR

Tramp: ABŞ bu gecə İrana yenidən zərbələr endirə bilər

2026.07.08, 17:40
Tramp: ABŞ bu gecə İrana yenidən zərbələr endirə bilər

ABŞ-ın bu gecə İran ərazisinə yenidən zərbələr endirməsi "çox güman ki" baş verəcək.

Gunaz.tv

Bu fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.

Tramp Ankarada keçiriləcək NATO sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib:

"Onlar son 47 ildə olduğu kimi, yenə də çox pis davranırlar."

O əlavə edib:

"Onlar Hörmüz boğazında gəmilərə pilotsuz uçuş aparatları və raketlər atdıqdan sonra biz ötən gecə onlara ağır zərbələr endirdik. Çox güman ki, bu gecə də onları yenidən sərt şəkildə vuracağıq."

Tramp vurğulayıb ki, ABŞ-ın məqsədi İranda hakimiyyət dəyişikliyi deyil.

"Söhbət rejim dəyişikliyindən getmir", – deyə o bildirib.

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar