SON XƏBƏRLƏR

Ərdəbilli yazıçının evinə hücum edilib

2026.07.09, 16:06
Ərdəbilli yazıçının evinə hücum edilib

SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Ərdəbildə yaşayan yazıçı, tədqiqatçı və media fəalı Rəhim Qulaminin evinə hücum ediblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məmularlar məhkəmə arayışı təqdim etmədən yazıçının evində axtarış aparıblar.

Onlar axtarışı səbəbi barədə məlumat vermədən Rəhim Qulamiyə məxsus komputer, mobil telefon, yaddaş kartı, kitablar və başqa əşyaları müsadirə edərək özləri ilə aparıblar.

Qeyd edək ki, R.Qulami bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb, həbs edilib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar