SON XƏBƏRLƏR

Əraqçi Hörmüzdəki qarşıdurmalardan sonra telefon diplomatiyasına başladı

2026.07.09, 20:01
Əraqçi Hörmüzdəki qarşıdurmalardan sonra telefon diplomatiyasına başladı

İranın xarici işlər naziri Oman, Türkiyə və Pakistan rəsmiləri ilə danışdı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi cümə axşamı Oman və Türkiyənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı apararaq regional proseslərin idarə olunması üçün “diplomatik imkanlardan istifadə”nin vacibliyini vurğulayıb. O, Pakistan Ordusunun komandanı ilə söhbətində isə ABŞ-ni “öhdəliklərini pozmaqda” ittiham edib.

Bu telefon danışıqları Ərəb körfəzi bölgəsində yaranan yeni gərginlik fonunda baş tutub. Gərginlik İranın Hörmüz boğazında bir neçə gəmiyə pilotsuz uçuş aparatları ilə hücum etməsindən sonra daha da artıb.

Əraqçi Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışığında “regional məsələlərin həlli və gərginliyin artmasının qarşısını almaq üçün diplomatik imkanlardan istifadə, təmasların və koordinasiyanın davam etdirilməsi”nin vacibliyini vurğulayıb.

İranın xarici işlər naziri cümə axşamı İran vaxtı ilə axşam saatlarında Pakistan Ordusunun komandanı feldmarşal Asim Munir ilə də telefon danışığı aparıb. O, bu söhbətdə ABŞ rəsmilərinin İslamabad memorandumuna əməl etmədiklərini etiraf etməsini və “səsləndirdikləri bəyanatları” “öhdəliklərin açıq şəkildə pozulmasının və Vaşinqtonun müharibəyönlü siyasətinin davam etməsinin açıq göstəricisi” adlandırıb.

Asim Munir Pakistanın baş naziri Şahbaz Şərif ilə birlikdə Tehran və Vaşinqton arasında vasitəçilik prosesində mühüm rol oynayıb.


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar