SON XƏBƏRLƏR

İsrail ABŞ-a İranın Trampa qarşı sui-qəsd planı barədə kəşfiyyat məlumatı təqdim edib – WSJ

2026.07.10, 08:34
İsrail ABŞ-a İranın Trampa qarşı sui-qəsd planı barədə kəşfiyyat məlumatı təqdim edib – WSJ

İsrail ABŞ-a İranın Prezident Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığına dair kəşfiyyat məlumatı təqdim edib.

Gunaz.tv

Bu barədə The Wall Street Journal məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

CNN isə mövzu ilə tanış iki mənbəyə istinadən bildirib ki, İsrailin xəbərdarlığı bu həftə edilib və konkret bir sui-qəsd planı ilə bağlı olub. Lakin ABŞ tərəfi həmin məlumatın təfərrüatlarını hələ müstəqil şəkildə təsdiqləməyib.

Tramp çərşənbə günü Ankarada keçirilən NATO sammiti zamanı bildirib ki, İranın hədəf siyahılarının "hamısında" onun adı var.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar