SON XƏBƏRLƏR

İranda sünni ərəblərə qarşı repressiya yenidən artdı

2026.07.10, 10:33
İranda sünni ərəblərə qarşı repressiya yenidən artdı

Tehran və Vaşinqton arasında hərbi toqquşmalardan sonra və regional gərginliyin artması ilə eyni vaxtda İran polisi və təhlükəsizlik qüvvələri Əhvaz şəhərində 18 sünni məzhəbli ərəbi həbs edib.

Gunaz.tv

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Məlumata görə, şəhərin Kut Abdullah bölgəsində həbs edilənlərin əksəriyyəti yeniyetmə və gənclərdir.

Onların həbs səbəbi və ittihamları barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl 12 günlük və 40 günlük müharibələr dövrü də, çox sayda sünni ərəb həbs edilib, müxtəlif ittihamlara görə onlardan bəzilərinin barəsində edam hökmü çıxarılıb. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar