SON XƏBƏRLƏR

İranda raket və PUA anbarları hədəfə alındı

2026.07.12, 08:48
İranda raket və PUA anbarları hədəfə alındı

ABŞ ötən gecə İranın cənubunda SEPAH-ın raket və radar obyektlərinə zərbələr endirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Axios-un müxbiri yüksəkrütbəli amerikalı rəsmiyə istinadən bildirib ki, ABŞ ordusu SEPAH-ın ticarət gəmisinə hücumuna cavab olaraq Hörmüz boğazı ətrafındakı mövqelərə zərbələr endirib.

Müxbir başqa bir paylaşımında amerikalı rəsmiyə istinadən yazıb ki, hücumların hədəfləri hava müşahidə radarları, dəniz müşahidə radarları, raket və PUA anbarları, raket və PUA buraxılış mövqeləri, eləcə də yer-hava raket sistemlərinin buraxılış qurğuları olub.

İran rəsmiləri indiyədək bu xəbərə münasibət bildirməyiblər. Hücumların vurduğu zərər və ya mümkün itkilərlə bağlı da hələlik əlavə məlumat açıqlanmayıb.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar