SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı və Küveyt İranın hücumlarını pislədi

2026.07.12, 12:29
Səudiyyə Ərəbistanı və Küveyt İranın hücumlarını pislədi

Səudiyyə Ərəbistanı və Küveyt İranın bölgə ölkələrinə hücumlarını pislədi.

Gunaz.tv

Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin bəyanatında bildirilib.

"Bu səhər İranın həyata keçirdiyi cinayətkar hücumlarını qınayırıq. İranın hücumları gərginliyin intensivliyini artıran çox təhlükəli bir eskalasiyadır. Tehran davamlı düşmənçilik mövqeində israr edir",- Küveyt XİN qeyd edib.

Səudiyyə Ərəbistanı da İranın Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Oman və İordaniyaya hücumlarını qətiyyətlə pisləyib, Tehranı beynəlxalq hüququ pozmaqda, regional təhlükəsizliyə xələl gətirməkdə və naviqasiya azadlığını təhdid etməkdə günahlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar