SON XƏBƏRLƏR

İranın Sosial Təminat Təşkilatı: Maaşların ödənilməsi üçün ciddi maliyyə çatışmazlığı var

2026.07.12, 18:00
İranın Sosial Təminat Təşkilatı: Maaşların ödənilməsi üçün ciddi maliyyə çatışmazlığı var

İranın ən böyük sosial sığorta və tibbi xidmət şəbəkəsi maaşların ödənilməsində ciddi maliyyə böhranı ilə üzləşdiyini açıqlayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın Sosial Təminat Təşkilatının baş direktoru Mustafa Salari bazar günü keçirdiyi mətbuat konfransında bildirib: “Aprel və may aylarına aid gecikmiş ödənişlərin verilməsi üçün 82 trilyon tümən büdcə çatışmazlığımız var. İyul ayının maaşlarının ödənilməsi üçün də ciddi maliyyə kəsiri ilə üz-üzəyik.”

Salari deyib: “12 günlük müharibə, ötən ilin yanvar hadisələri və son müharibə dövründə gəlirlərimiz azalıb.”

O əlavə edib ki, təşkilat həm bu ayın maaşlarını, həm də ilin ilk iki ayına aid gecikmiş ödənişləri həyata keçirmək üçün çıxış yolu axtarır.

 


Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar