SON XƏBƏRLƏR

Ərdəbildə saxlanılan Güneyli fəalların taleyi hələ də qeyri-müəyyəndir

2026.07.12, 19:15
Ərdəbildə saxlanılan Güneyli fəalların taleyi hələ də qeyri-müəyyəndir

Ərdəbildə həbs edilən azərbaycanlı türk fəalın saxlanılması davam edir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, azərbaycanlı türk fəallar Siyamək Mirzayi və Əli Vaseqinin saxlanılmasından iki həftə keçməsinə baxmayaraq, onların hüquqi vəziyyəti ilə bağlı qeyri-müəyyənlik davam edir.

Məlumata görə, Siyamək Mirzayi və Əli Vaseqiyə “qanunsuz qruplara üzvlük” və “rejim əleyhinə təbliğat” ittihamları irəli sürülüb. Onlar barəsində əvvəlcə 10 günlük həbs-qətimkan tədbiri seçilsə də, ailələrin dəfələrlə etdiyi müraciətlər zamanı istintaq tərəfindən bu müddətin bir aya qədər uzadıldığı bildirilib.

Siyamək Mirzayi və Əli Vaseqi Ərdəbil həbsxanasının 9-cu bölməsinə köçürülüblər. Onlar ailələri ilə telefon əlaqəsi zamanı bildiriblər ki, saxlanıldıqları ilk günlərdə həbslərinin qanunsuz olduğunu əsas gətirərək aclıq aksiyası keçirib və dindirilmələrdə iştirak etməyiblər. Daha sonra həbsxanaya köçürüldükdən sonra aclıq aksiyasını dayandırıblar.

Eyni zamanda, son günlər Ərdəbildə çoxsaylı azərbaycanlı türk milli-mədəni fəallar təhlükəsizlik orqanlarına çağırılıb. Bəzi fəalların evlərində axtarış aparılıb, onlara və ailə üzvlərinə məxsus mobil telefonlar, kompüterlər və digər elektron avadanlıqlar müsadirə edilib.


Gunaz TV
R.G
 

Əsgər Əkbərzadənin ailəsinə təzyiq göstərilir

2026.07.12, 13:39

Əsgər Əkbərzadənin ailəsinə təzyiq göstərilir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar