SON XƏBƏRLƏR

İranda polis dörd mülki şəxs güllələdi

2026.07.13, 14:29
İranda polis dörd mülki şəxs güllələdi

İran polisi Simnan əyalətinin Şahrud səhrasında dörd etnik bəluca atəş açaraq öldürüb.

Gunaz.tv

Bu haqda Simnanın polis rəisi Seyyid Musa Hüseyni bildirib.

Onun sözlərinə görə, minik avtomobilində olan 3 nəfər və motosikletli bir nəfərə dayan əmri verilsə də onlar əmrə tabe olmadıqları üçün atəş açılıb, nəticədə hər dörd nəfər yerindəcə həlak olub.

Polis rəisi nin sözlərinə görə, 21 yaşlı Cəmşid Alizehi, 45 yaşlı Əbdülrəhman Qənbərzehi, 39 yaşlı Təyyib Qınbərzehi və 51 yaşlı Eydu Qənbərzehi narkotik qaçaqmalçısı olublar.

Onların avtomobil və motosikletindən 285 kq narkotik maddə aşkarlandığı bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar