SON XƏBƏRLƏR

İordaniya İranın BƏƏ-yə məxsus tankerlərə hücumunu pisləyib

2026.07.14, 15:46
İordaniya İranın BƏƏ-yə məxsus tankerlərə hücumunu pisləyib

İordaniya İranın Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus iki neft tankerinə hücumunu pisləyərək bunu təhlükəli eskalasiya və beynəlxalq hüququn pozulması adlandırıb.

Gunaz.tv

İordaniyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəy olduğunu bildirib və ölkənin suverenliyi və təhlükəsizliyinin qorunmasına yönəlmiş tədbirləri dəstəklədiyini bəyan edib.

İordaniya həmçinin hücum nəticəsində bir hindistanlı ekipaj üzvünün həlak olması ilə əlaqədar Hindistana başsağlığı verib, yaralananlara isə tezliklə sağalmalarını arzulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar