SON XƏBƏRLƏR

İranda dini hövzə ABŞ-la danışıqların dayandırılmasını istədi

2026.07.15, 19:20
İranda dini hövzə ABŞ-la danışıqların dayandırılmasını istədi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranda dini hövzələrin rəhbəri Əlirza Ərafi yaydığı bəyanatda İran rəsmilərini ABŞ-la danışıqları dayandırmağa və razılaşmanı “başa çatmış hesab etməyə” çağırıb.

O iddia edib ki, ABŞ “razılaşmanın bütün bəndlərini pozub” və artıq “razılaşmaya sadiq qalmaq və danışıqları davam etdirmək üçün heç bir əsas qalmayıb”.

Ərafi həmçinin Məsud Pezeşkianı, Ali Milli Təhlükəsizlik Şurasının üzvlərini və İran rəsmilərini danışıqları davam etdirmək əvəzinə “cihad və müqavimət yolunu seçməyə” çağırıb.

O bildirib ki, rəsmilər “iqtisadi çətinliklər və müharibənin xərcləri, eləcə də infrastrukturun vurulacağı qorxusu bəhanəsi ilə danışıqları və razılaşmanı bundan sonra da davam etdirməməlidirlər”.

Son günlər Əli Xameneinin dəfn mərasimindən sonra hakimiyyət tərəfdarları arasında onun öldürülməsinə görə “qan intiqamı” və “qisas” çağırışları artıb.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar