SON XƏBƏRLƏR

İki şəhərdə daha 6 məhbus edam edildi

2026.07.16, 10:56
İki şəhərdə daha 6 məhbus edam edildi

İranın Kərəc və Şiraz şəhərlərinin həbsxanalarında 6 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşilatları məlumat yayıb.

Məlumata görə, Şirazın Adilabad həbsxanasında 1, Kərəcin Qızılhisar həbsxanasında isə 5 məhbus dar ağacından asılıb.

5 məhbus qeyri-siyasi ittihamlara görə, 1 məhbus, Arif Xoşkar isə 2022-ci ildə etiraz aksiyalarında iştirak etdiyinə görə cəzalandırılıb.

O, 11 noyabr 2022-ci ildə Tehranın Fəllah bölgəsində keçirilən etiraz aksiyaları zamanı yarım hərbi "Bəsic" üzvünün öldürülməsində iştirakda günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar