SON XƏBƏRLƏR

Qərbi Azərbaycan İran qızılının 30%-i təmin edir

2026.07.16, 15:49
Qərbi Azərbaycan İran qızılının 30%-i təmin edir

İranda illik qızıl istehsalının 30%-i Qərbi Azərbaycan əyalətində istehsal olunur.

Gunaz.tv

Bunu əyalətin Sənaye, Mədən və Ticarət Palatasının baş direktoru Səxavət Xeyrxah deyib.

O, yaxın vaxtlarda əyalətdə daha üç böyük qızıl mədəninin istismara veriləcəyini bildirilib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Zərşuran və Ağdərə qızıl mədənləri İranın və Yaxın Şərqin ən böyük qızıl mədənləridir.

Mədənlərin istismarından əldə olunan gəlirin yalnız 3%-i əyalətə ixtisas verilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar