SON XƏBƏRLƏR

Dollar İranda 191 min tüməni keçdi

2026.07.17, 19:50
Dollar İranda 191 min tüməni keçdi

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Yaxın Şərqdə İran və ABŞ arasında hərbi qarşıdurmanın yeni mərhələsinin davam etdiyi bir vaxtda, cümə günü İranın sərbəst valyuta bazarında xarici valyutaların məzənnəsi yenidən yüksəlib və ABŞ dollarının qiyməti 191 min tümənə çatıb.

Dərc olunan məzənnələrə əsasən, avronun qiyməti 218 min tüməni, İngiltərə funt sterlinqinin məzənnəsi isə 256 min tüməni ötüb.

Qızıl və sikkə bazarında da bahalaşma davam edib. Belə ki, Bahar Azadlıq sikkəsinin qiyməti 180 milyon tümənə, İmami sikkəsinin qiyməti isə 185 milyon tümənə yüksəlib.

İran və ABŞ arasında iyunun sonlarında imzalanan anlaşma memorandumundan sonra, müharibə dövründə rekord həddə yüksəlmiş valyuta və qızıl qiymətləri müəyyən qədər geriləmişdi.

Lakin ABŞ-ın ötən gecə İranın cənubuna endirdiyi zərbələr nəticəsində bir neçə körpü və nəqliyyat marşrutunun hədəfə alınması, həmçinin İranın İraq Kürdüstanı və Küveytin enerji infrastrukturuna cavab hücumlarından sonra valyuta və qızıl bazarında qiymətlər yenidən artmağa başlayıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar