SON XƏBƏRLƏR

Azərbaycan manatı 1 milyon 112 min rialı keçdi, türk lirəsi isə 40 min rial səviyyəsindədir

2026.07.17, 20:27
Azərbaycan manatı 1 milyon 112 min rialı keçdi, türk lirəsi isə 40 min rial səviyyəsindədir

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İranın sərbəst valyuta bazarında davam edən qiymət artımı fonunda regional valyutaların məzənnəsi də yüksəlib. Azərbaycan manatının qiyməti 1 milyon 112 min 700 riala (111 min 270 tümən) çatıb.

Sərbəst bazarda açıqlanan son məzənnələrə əsasən, Türkiyə lirəsi isə 40 min 450 rialdan (4 min 45 tümən) satılıb.

Bu artım son günlər bölgədə hərbi gərginliyin davam etməsi fonunda İranın valyuta bazarında müşahidə olunan bahalaşma ilə eyni vaxta təsadüf edir.

Son həftələr İranın valyuta bazarı siyasi və təhlükəsizlik hadisələrinin təsiri altında ciddi dalğalanmalar yaşayıb. Nəticədə ABŞ dolları, avro, funt sterlinq, Azərbaycan manatı və Türkiyə lirəsi də daxil olmaqla xarici valyutaların məzənnəsində artım qeydə alınıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar