SON XƏBƏRLƏR

SEPAH körfəzdə dörd gəmiyə hücum edib

2026.07.18, 09:23
SEPAH körfəzdə dörd gəmiyə hücum edib

İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan dörd ticarət gəmisinə hücum edib.

Gunaz.tv

Bu haqda SEPAH-ın yaydığı bəyanatda bildirilib.

"Son bir neçə saat ərzində ABŞ ordusunun dəstəyi ilə 4 gəmi Hörmüz boğazından keçməyə çalışsa da, raket və pilotsuz təyyarələrin birgə əməliyyatı nəticəsində hər 4 gəmi yerində saxlanılıb",- bəyanatda qeyd olunub.

SEPAH yaydığı bəyanatda gəmilərin mənsub olduqları şirkətlərə qarşı təhdid ifadələri səsləndirib, onların Amerikanın himayəsi ilə hərəkət edə bilməyəcəklərini deyib.

Bununla yanaşı bəyanatda Bəsrə körfəzi ətrafında yerləşən ərəb ölkələrinə qarşıda təhdidlər səsləndirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar