SON XƏBƏRLƏR

İsrail İranla mümkün müharibəyə hazırlaşır

2026.07.19, 08:30
İsrail İranla mümkün müharibəyə hazırlaşır

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Israel Hayom qəzeti Tehran və Vaşinqton arasında gərginliyin artdığı bir vaxtda İsrailin siyasi və hərbi rəhbərliyinin münaqişənin genişlənməsi və ölkənin müharibəyə cəlb olunması ehtimalına hazırlaşdığını yazıb.

Məlumata görə, ABŞ-a məxsus onlarla hərbi yanacaqdaşıyan təyyarə Ovda və Ramon aviabazalarında yerləşdirilib. Ben-Qurion hava limanında isə ABŞ təyyarələri ölkə xaricinə köçürülən bəzi İsrail təyyarələrinin yerini tutub.

Qəzet bildirir ki, İsrailin təhlükəsizlik rəsmiləri son vəziyyəti və mümkün ssenariləri qiymətləndirmək üçün hər gün iclaslar keçirirlər.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranla müharibənin yenidən başlaması və müxtəlif ssenarilərlə üzləşməsi ehtimalına qarşı ən yüksək hazırlıq səviyyəsində olduğunu bəyan edib.

Netanyahu xəbərdarlıq edərək bildirib ki, İran İsrailə hücum edəcəyi təqdirdə, ölkəsinin cavabı “əvvəlkilərdən qat-qat güclü olacaq.” İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də ordunun tam döyüş hazırlığında olduğunu vurğulayıb.

Bu hazırlıqlar ABŞ ilə İran arasında gərginliyin artdığı və İsrail rəsmilərinin qarşıdurmanın artıq bu həftə genişlənə biləcəyini ehtimal etdiyi bir vaxta təsadüf edir.

 


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar