SON XƏBƏRLƏR

İranın dəstəklədiyi terrorçular Səudiyyə Ərəbistanını dənizdən mühasirəyə aldı

2026.07.20, 17:05
İranın dəstəklədiyi terrorçular Səudiyyə Ərəbistanını dənizdən mühasirəyə aldı

İranın silahlandırdığı husilər Səudiyyəyə qarşı dəniz mühasirəsi elan edib.

Gunaz.tv

Husilər hərəkətə keçdi, Bab əl-Məndəbdə gərginlik artır. Səudiyyəyə dəniz mühasirəsi elan edildi.

Gunaz TV-nin məlumatına görə, İranın dəstəklədiyi husi silahlıları bazar ertəsi yaydıqları bəyanatda bu andan etibarən Səudiyyə Ərəbistanına qarşı “dəniz mühasirəsi” tətbiq etdiklərini açıqlayıblar.

Husilərin hərbi sözçüsü bildirib ki, bu addım “gözə göz” prinsipi əsasında və onların iddiasına görə, Səudiyyə Ərəbistanının Yəmənə qarşı təxminən 12 ildir davam etdirdiyi mühasirəyə cavab olaraq atılıb.

Yəmənin geniş ərazilərini, o cümlədən paytaxt Sənanı nəzarətdə saxlayan bu silahlı qrup ötən həftə də öz nəzarətində olan hava limanının bombalandığını iddia edərək Səudiyyə Ərəbistanına raketlər atmışdı.

Son həftələrdə İran rəsmilərinin bir qismi husilərin Tehrana dəstək məqsədilə hərəkətə keçəcəyi və Bab əl-Məndəb boğazını bağlayacağı ilə bağlı hədələr səsləndirmişdi.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar