SON XƏBƏRLƏR

Təbrizdə bir hərbçinin öldüyü təsdiqləndi

2026.07.20, 18:10
Təbrizdə bir hərbçinin öldüyü təsdiqləndi

İran Təbrizə hücumu təsdiqlədi. Hərbi obyekt vuruldu, ölən və bir neçə yaralan var.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, bazar ertəsi səhər saatlarında Təbrizə edilən hücumlarla bağlı yeni təfərrüatlar açıqlanıb. İran rəsmiləri hücum nəticəsində bir nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildiriblər.

Şərqi Azərbaycan Vilayətinin Administrasiyası ABŞ-ın Təbrizin cənub-qərbində yerləşən hərbi obyektə endirdiyi zərbə nəticəsində bir nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını açıqlayıb.

İranın dövlət mediası həlak olan şəxsin hava hücumundan müdafiə qüvvələrinin zabiti, leytenant Paşayi olduğunu bildirib.

Bundan əvvəl Təbrizdə güclü partlayış səslərinin eşidildiyi və şəhərdə hərbi mövqelərin hədəfə alındığı barədə məlumatlar yayılmışdı.

Sosial şəbəkələrdə yayılan görüntülərdə isə bəzi hərbi obyektlərin yaxınlığında yanğın baş verdiyi görünür.

İran rəsmiləri artıq Təbrizə edilən hücumu təsdiqləyərək, bir hərbçinin öldüyünü və bir neçə nəfərin yaralandığını açıqlayıblar.

 


GunAz TV
R.G

Təbriz də vuruldu?

2026.07.20, 07:30

Təbriz də vuruldu?  (Video)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar