SON XƏBƏRLƏR

İran İraqda yeni hərbi əməliyyata başladı

2026.07.22, 07:30
İran İraqda yeni hərbi əməliyyata başladı

İran İraqdakı kürd qruplaşmalarının mövqelərinə genişmiqyaslı hücumlar həyata keçirdi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Fars xəbər agentliyi İranın İraq Kürdüstan Bölgəsində fəaliyyət göstərən, İrana müxalif Komələ Partiyasının mövqelərinə yeni hücumlar təşkil etdiyini bildirib.

Məlumata əsasən, Süleymaniyyə vilayətinin Azmar dağı bölgəsində bir neçə güclü partlayış baş verib və genişmiqyaslı yanğın qeydə alınıb. Hücum nəticəsində ölən və yaralananlar, eləcə də mümkün dağıntılar barədə hələlik məlumat açıqlanmayıb.

İran İnqilab Keşikçiləri Korpusu və İran ordusu son aylarda İraq Kürdüstan Bölgəsində yerləşən kürd qruplarının mövqelərini, o cümlədən Ərbil və Süleymaniyyə ətrafındakı hədəfləri dəfələrlə raket və pilotsuz uçuş aparatları ilə vurub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar