SON XƏBƏRLƏR

İranın proksi qüvvələri Babülməndəb boğazını bağlamaq planından geri çəkildi

2026.07.24, 23:00
İranın proksi qüvvələri Babülməndəb boğazını bağlamaq planından geri çəkildi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın dəstəklədiyi husilər Babülməndəb boğazını bağlamaq niyyətində olmadıqlarını açıqlayıblar. Onlar bildiriblər ki, elan etdikləri dəniz mühasirəsi yalnız Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmiləri hədəf alır.

Husilərin sözçüsü və baş danışıqçılarından olan Məhəmməd Əbdülsəlam bu gün cümə, bildirib: “Bəzilərinin iddia etdiyinin əksinə olaraq, Babülməndəb boğazı bağlanmayıb.”

Bu açıqlama husilərin bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına qarşı dəniz mühasirəsi elan etməsindən və cümə axşamı səhər saatlarında iki Səudiyyə neft tankerinə hücum məsuliyyətini öz üzərlərinə götürməsindən sonra verilib.

Husilər bildiriblər ki, bu addım Səudiyyə Ərəbistanının son 12 ilə yaxın müddətdə Yəmənə tətbiq etdiyini iddia etdikləri “mühasirəyə” cavab olaraq atılıb.

Bu qrupun addımları ABŞ və Avropa ölkələri tərəfindən pislənib. Donald Tramp da xəbərdarlıq edərək bildirib ki, hücumlar davam edəcəyi təqdirdə İran və husilər “böyük hərbi cəza” ilə üzləşəcəklər.

Frans Press agentliyinin məlumatına görə, husilərin dəniz mühasirəsini elan etməsindən sonra ən azı 9 gəmi marşrutunu dəyişdirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar