SON XƏBƏRLƏR

İranda benzinin bahalaşacağı rəsmi təsdiqləndi

2026.07.25, 16:15
İranda benzinin bahalaşacağı rəsmi təsdiqləndi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani bu gün şənbə, bildirib ki, İranda benzinin qiymətinin artırılması və ya yeni yanacaq kvota sisteminin tətbiqi “qəti və labüddür.”

Mühacirani dövlət mediasına müsahibəsində yanacaq istehlakı ilə bağlı problemlərə toxunaraq deyib: “Benzin balansını təmin etmək üçün mütləq bir həll yolu seçilməlidir. Bu məsələ qəti və labüddür.” O əlavə edib ki, hökumət benzin istehlakının idarə olunması sahəsində yeni strategiyalar həyata keçirməyə məcburdur.

Bu açıqlama Milli Neft Emalı və Neft Məhsullarının Paylanması Şirkətinin icraçı direktoru Məhəmmədsadiq Əzimi-Fərin bir gün əvvəl verdiyi xəbərdarlıqdan sonra səslənib. O bildirmişdi ki, yüksək benzin istehlakı davam edər və istehsal ilə idxal sahəsində, zədələnmiş obyektlər səbəbindən yaranmış məhdudiyyətlər aradan qalxmazsa, “yanacaq təminatının davamlılığını qorumaq üçün” yeni qərarlar qəbul oluna bilər.

Hökumətin iki yüksək vəzifəli rəsmisinin açıqlamaları göstərir ki, benzinin bahalaşdırılması və ya yanacaq paylanmasına yeni məhdudiyyətlərin tətbiqi İran hökumətinin benzin çatışmazlığını aradan qaldırmaq üçün nəzərdən keçirdiyi əsas variantlardan biridir. Bu addımın isə əhalinin iqtisadi yükünü daha da artıracağı gözlənilir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar