SON XƏBƏRLƏR

İran Ukrayna diplomatını XİN-ə çağırdı

2026.07.26, 08:17
İran Ukrayna diplomatını XİN-ə çağırdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ukraynanın məsuliyyətini üzərinə götürdüyü Xəzər dənizindəki gəmilərə hücumdan sonra İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.

Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və xarici işlər nazirinin köməkçisi Mənuçehr Moradi görüş zamanı Ukrayna diplomatına İranın “kəskin etirazını” çatdırıb.

Məlumata əsasən, İran rəsmiləri hücumu pisləyərək bildiriblər ki, bu addım “cavabsız qalmayacaq.”

Bu addım Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna qüvvələrinin Xəzər dənizində Rusiya hərbi gəmisini və onun sözlərinə görə, İranla əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunan gəmiləri hədəfə aldıqlarını açıqlamasından sonra atılıb.

Bu hadisənin Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Tehran və Kiyev arasında diplomatik gərginliyi daha da artıracağı gözlənilir.

 

GunAz TV
R.G

Ukrayna Xəzər dənizində gəmiləri vurdu

2026.07.25, 16:04

Ukrayna Xəzər dənizində gəmiləri vurdu

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar