SON XƏBƏRLƏR

SEPAH: Britaniya İranın hədəfinə çevrilə bilər

2026.07.26, 09:50
SEPAH: Britaniya İranın hədəfinə çevrilə bilər

Londona yeni hərbi təhdid; ABŞ-a dəstək Britaniya üçün baha başa gələ bilər?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, SEPAH-ın sözçüsü Hüseyn Məhəmmədi bildirib ki, Britaniya və ya hər hansı digər ölkə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləyərsə, həmin ölkə İranın “qəti və legitim hədəfi” olacaq.

Məhəmmədi Britaniya aerodromlarından ABŞ bombardmançı təyyarələrinin istifadə etdiyini iddia edərək deyib: “Əgər onlar əməkdaşlıq etsələr, qəti və legitim hədəfimiz olacaqlar.” O həmçinin bildirib ki, SEPAH-ın hər mümkün ssenari üçün “ayrı planı” var.

Bu təhdid Böyük Britaniya hökumətinin bir gün əvvəl ölkənin silahlı qüvvələrinin Britaniyanı istənilən mümkün hücumdan müdafiə etməyə tam hazır olduğunu açıqlamasından sonra səsləndirilib.

SEPAH daha əvvəl İngiltərənin cənub-qərbində yerləşən Fairford hərbi hava bazasının ABŞ tərəfindən İrana qarşı bombardman əməliyyatları üçün istifadə edildiyini iddia etmişdi.

Bu açıqlamalar Tehran və Vaşinqton arasında davam edən gərginlik fonunda bölgədə və Avropada münaqişənin genişlənə biləcəyi ilə bağlı narahatlıqları daha da artırıb.

 

GunAz TV
R.G

 

Britaniya da bazalarını ABŞ ordusuna açdı

2026.07.21, 20:34

Britaniya da bazalarını ABŞ ordusuna açdı

​​​​​​​

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar