SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı: İran bizə hücum etdi

2026.07.27, 21:40
Səudiyyə Ərəbistanı: İran bizə hücum etdi

İraqdan qalxan PUA-lar Səudiyyədə məhv edildi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İraq ərazisindən havaya qaldırılan və İranın dəstəklədiyi silahlı qruplar tərəfindən Səudiyyə Ərəbistanının şərq vilayətindəki neft obyektləri və Ər-Riyad istiqamətinə göndərilən pilotsuz uçuş aparatlarını aşkarlayaraq məhv etdiyini açıqlayıb.

Nazirlik bildirib ki, bu pilotsuz uçuş aparatları İraqda İranın dəstəklədiyi silahlı qruplar tərəfindən buraxılıb və hədəflərinə çatmadan zərərsizləşdirilib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də hücumu pisləyərək ölkənin “təcavüzün mənbəyinə” cavab vermək və bu cür hücumların qarşısını almaq hüququna malik olduğunu vurğulayıb. Nazirlik, həmçinin İraq hökumətini öz ərazisinin Səudiyyə Ərəbistanına qarşı hücumlar üçün istifadə edilməsinin qarşısını almağa çağırıb.

Bir neçə saat sonra İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanının “PUA hücumlarına cavab olaraq” ölkənin neft infrastrukturunu bir neçə pilotsuz uçuş aparatı ilə hədəfə aldıqlarını iddia ediblər.

Husilərin hərbi sözçüsü Yəhya Səri bildirib: “Səudiyyə Ərəbistanının şərqindən Yənbu limanına xam neftin nəqli və ötürülməsində rol oynayan bir neçə həssas obyekt çoxsaylı pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.”

Bu hadisələr ABŞ və İranın həftənin əvvəlindən qarşılıqlı hücumları dayandırdıqlarını və diplomatiya üçün yeni imkan yarandığını açıqladıqları bir vaxta təsadüf edir.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar