SON XƏBƏRLƏR

Xorasanlı türk fəala həbs cəzası verildi

2026.07.28, 09:39
Xorasanlı türk fəala həbs cəzası verildi

Şimali Xorasan əyalətinin Bocnurd şəhərindən olan türk fəal 19 yaşlı Arəş Mirzayi 3 il həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bocnurd şəhərinin İnqilab Məhkəməsinin 107-ci bölməsi onu "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq"da günahlandırıb.

Arəş Mirzayi yanvarın 4-də Bocnurdda keçirilən etiraz aksiyasında həbs edilib və yanvarın 9-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar