SON XƏBƏRLƏR

İsrail komandirlərimizi öldürdü, biz isə şüar veririk- Millət vəkili

2026.07.28, 12:33
İsrail komandirlərimizi öldürdü, biz isə şüar veririk- Millət vəkili

Amerika və İsraildən dərhal qisas almaq ehtimalı yoxdur və bəzən müəyyən bir zaman çərçivəsini və ya təbiətin əlini gözləməliyik.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdestani deyib.

“İsrail səssizcə birinci, ikinci və üçüncü dərəcəli komandirlərimizi öldürdü və sonra bunu elan etdi, ancaq biz şüarlar səsləndirməyə davam edirik və bunun əvəzini onlardan çıxa, komandirlərini öldürə bilmərik”,- o əlavə edib.

Ərdestani Tehranın Şərq müttəfiqlərinin də İrana qarşı müharibədəki roluna toxunub:

“İran Çindən silah almır, əksinə kəşfiyyat və peyk sistemləri alır. Çin və Rusiya əslində rəsmi açıqlama olmadan İrana kömək edirlər, çünki onlar İranın məğlubiyyətini öz məğlubiyyətləri hesab edirlər”.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar