SON XƏBƏRLƏR

ABŞ və BƏƏ yeni hərbi ittifaq qurur

2026.07.28, 20:30
ABŞ və BƏƏ yeni hərbi ittifaq qurur

Süni intellekt ABŞ-BƏƏ hərbi əlaqələrinə daxil oldu. CENTCOM-dan tarixi əməkdaşlıq qərar.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Birləşmiş Ərəb Əmirlikləri ilə hərbi sahədə süni intellekt tətbiqlərinin inkişafını sürətləndirmək məqsədilə ilk ikitərəfli birgə işçi qrupunun yaradılması barədə razılığa gəldiyini açıqlayıb. Tərəflər bunu Vaşinqton və Əbu-Dabi arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının genişlənməsində yeni mərhələ kimi qiymətləndirirlər.

CENTCOM bazar ertəsi, 27 iyul tarixində bildirib ki, “Task Force Talon Synapse” adlanan bu işçi qrupu yaxın həftələrdə Əbu-Dabidə fəaliyyətə başlayacaq. Qrupun tərkibində süni intellekt, məlumatların emalı və kibertəhlükəsizlik sahələrində çalışan 20-yə yaxın amerikalı və əmirlikli mütəxəssis yer alacaq.

CENTCOM-un açıqlamasına əsasən, işçi qrupu kəşfiyyat dəstəyi, kritik infrastrukturun qorunması və regionun təhlükəsizlik vəziyyətinin monitorinqi üçün süni intellekt tətbiqlərinin hazırlanmasına yönələcək.

CENTCOM-un komandanı admiral Bred Kuper bu əməkdaşlığı ABŞ ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığın genişlənməsində “tarixi dönüş nöqtəsi” adlandırıb.

Birləşmiş Ərəb Əmirlikləri 40 günlük müharibə zamanı region ölkələri arasında İran İslam Respublikasının raket və pilotsuz uçuş aparatları ilə hücumlarına ən çox məruz qalan ölkələrdən biri olub. Bu vəziyyət son illərdə Əbu-Dabi ilə Vaşinqton arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının daha da güclənməsinə səbəb olub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar