SON XƏBƏRLƏR

İranda qadın rejissor həbs edilib

2026.07.29, 09:26
İranda qadın rejissor həbs edilib

Sənədli film rejissoru, redaktoru və İran Kino Sənədli Film Yaradıcıları Assosiasiyasının keçmiş katibi Sepide Əbtəhi həbs edilərək naməlum yerə aparılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Təhlükəsizlik məmurları rejissorun evinə hücum edib, axtarış aparıb və ona məxsus şəxsi əşyaları da özləri ilə aparıblar.

Onun son vaxtlar müharibə əleyhinə tənqidi çıxış və paylaşımlarına görə saxlanıldığı bildirilir.

Sepide Əbtəhi bundan əvvəl etiraz aksiyaları zamanı hökumət əleyhinə çıxışlarına, aksiyalar barədə sənədli filmlər çəkdiyinə görə də təqib və təzyiqlərə məruz qalıb.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar